İnterpress.az “Haberler”-ə istinadən xəbər verir ki, İstanbulda 9. Avrasiya İslam Şurasının açılış tədbirində çıxış edən Ərdoğan ABŞ-ın verdiyi qanunu tənqid edib. O bildirib: “Biz də bir qanun verib Amerikanı məhkum edə bilərik”.
Qanunun hədəfinin dəqiq göstərilmədiyini deyən prezident, bu cür qeyri-müəyyənliyin fikir ayrılıqlarına və anlaşmazlıqlara yol açacağını qeyd edib. Beynəlxalq hüququn pozulduğunu deyən Ərdoğan, həmçinin, əlavə edib: “Təqsiri kim edibsə, cəzanı da o çəkməlidir. Hansısa qüvvələrin səhvini dövlətə ödətdirə bilməzsiniz”.
İnterpress.az