“Ağac adam” 6 ildir əməliyyat gözləyirbackend

“Ağac adam” 6 ildir əməliyyat gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “CNN”-ə istinadən xəbər verir ki, Fələstində maddi imkansızlıqlar içərisində yaşayan yeddi uşaq atası Teluli əllərində çıxan göbələklərdən əziyyət çəkir. Müxbirə açıqlama verən Teluli, altı il əvvəl həkimə müraciət etdiyini söyləyib. Əllərindəki göbələklərin get-gedə daha da böyüdüyünü deyən kişi artıq heç bir dərmandan istifadə etmədiyini də qeyd edib.

Çox nadir rast gəlinən bu xəstəlik keçici xarakter daşımır və indiyə qədər Telulinin ailəsində heç kəs bu xəstəliyə yoluxmayıb. Milyonda bir olan xəstəliyin qarşısını doğru müalicə ilə almaq mümkündür.
Əməliyyat üçün kömək gözləyən kişinin əl və ayaq nahiyəsindəki göbələklər o qədər böyüyüb ki, artıq onu “ağac adam” adlandırırlar.

İnterpress.az