25 yaşlı oğlan iş adamını güllələdi – YENİLƏNİBbackend

25 yaşlı oğlan iş adamını güllələdi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Qobu qəsəbəsində baş verən qətlin bəzi təfərrüatı məlum olub.

1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlunu \”Vinçester\” markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Onlar \”söhbət etmək\” üçün kafedə görüşüb.

Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə \”Vinçester\” markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra T.Əlizadə R.Abbasovun ayağını güllə ilə yaralayıb.

O, üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.

T.Əlizadə cinayət məsuliyyətinə cəlb edilib, araşdırmalar davam etdirilir. ( report.az )

25 yaşlı oğlan iş adamını güllələdi - YENİLƏNİB

***

Rayon prokurorluğundan verilən xəbərə görə, Qobu qəsəbəsində qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasov odlu silahla qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni qəsəbə sakini, 1991-ci il təvəllüdlü Tural Zakir oğlu Əlizadənin törətdiyi müəyyənləşib. Şübhəli şəxs qismində saxlanılan T. Əlizadədən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah götürülüb.

Qətli şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət içi başlanıb, araşdırma aparılır.

Öldürülən şəxsin qəsəbədə iş adamı olduğu qeyd olunub. ( apa )

İnterpress.az