ABŞ-dan Türkiyəyə “İraq” xəbərdarlığıbackend

ABŞ-dan Türkiyəyə “İraq” xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hurriyet”-ə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Con Kirbi, İraqın bütün qonşularının onun ərazi bütövlüyünə və suverenliyinə hörmət etməli olduğunu söyləyib. Kirbi İraqda olan türk hərbi birləşmələrinin beynəlxalq koalisiya güclərinə daxil olmadığını dilə gətitrib.
Türk əsgərlərinin Başikadan çıxmasını istəyən İraq baş naziri İbadiyə sərt cavab verən Ərdoğanın açıqlamaları ABŞ Xarici İşlər Nazirliyinin gündəlik mətbuat konfransında gündəmə gəlib.
Kirbi Başikadakı problemi İraq hökümətinin özünün həll etməli olduğunu əlavə edib.
Dünən Türkiyə prezidenti İbadiyə belə reaksiya vermişdi: “Sən mənim səviyyəmdə, keyfiyyətimdə deyilsən. Sənin İraqda səsini başına atmağının bizim üçün heç bir əhəmiyyəti yoxdur, biz bildiyimizi oxuyacayıq, bunu belə bil. Kimdir bu? İraqın baş naziri. Əvvəlcə həddini bil”.

İnterpress.az