“Xəyanətkar Fransa”backend

“Xəyanətkar Fransa”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”-ya istinadən xəbər verir ki, Arsen Avakov Fransa prezidentinin Kiyevi Minsk müqavilələrini yerinə yetirməsi üçün etdiyi çağırışı tənqid edib. “Ukraynaya ağalıq etmək lazım deyil, o öz işini lazımı qədər bilir” – deyə Avakov bildirib.
Qeyd olunur ki, Fransa prezidenti AŞPA sessiyasında çıxış edərək Ukraynanı siyasi islahatların aparılması və müqavilələrin həyata keçirilməsi üçün daha məsulliyyətli olmağa səsləyib.
“Fransa prezidenti lap ağını çıxardıb, birinci Ukraynaya səfəri zamanı Fransanın Xarici İşlər Naziri Eyro, indi də Olland. Biz Ukraynanın azadlılğı uğrunda dostlarımızın dəstəyinə ümid edirik, yoldan keçən xəyanətkarlara yox”.
Məlumata görə, Ukraynanın Xarici İşlər Naziri Pavlo Klimkin öz müsahibəsində bildirmişdir ki, Ukrayna ölkənin cənub-şərqində baş verən münaqişənin nizamlanması üçün Minsk müqavilələrini yerinə yetirmək niyyətində deyil.

İnterpress.az