Avstriyalı nazir: “Türkiyə Aİ üzvü olmayacaq”backend

Avstriyalı nazir: “Türkiyə Aİ üzvü olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Dunyabulteni”-nə istinadən xəbər verir ki, Avstriyanın Xarici İşlər Naziri Sebastian Kurz, Türkiyənin Aİ üzvü ola bilməyəcəyini sadəcə o yox, bir çox Avropa ölkəsinin səlahiyyətli şəxsləri də düşünür. Kurz qeyd edib: “Doğrusu, onlar da üzvlüklə bağlı müzakirələri aparmağa məcburdur, amma müzakirələrin sonunda üzvlük olmayacaq”
Nazir həmçinin bir çox Avropa ölkəsinin, eləcə də Avstriyanın Türkiyəyə mənəvi borclarının olduğunu deyib. Siyasətçilərin Türkiyə ilə bağlı fikirlərini dərindən bildiyini iddia edən Kurz əlavə edib: “Türkiyə Aİ üzvü olmayacaq, bundan əminəm”.
Bununla belə, Kurz Avropanın Türkiyə ilə əməkdaşlığa ehtiyacı olduğunu da gözardı etməyib.

İnterpress.az