“Türk konsul ölkədən qovulmalıdır”backend

“Türk konsul ölkədən qovulmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu jurnalistlərə açıqlamasında İraq parlamentinin üzvü Zeynəb Arif Bəsri söyləyib. Onun sözlərinə görə, İraq artıq Osmanlının bir əyaləti deyil:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizin daxili işlərinə qarışmamalıdır. Ərdoğan Baş nazir Heydər Abadi ilə danışarkən diplomatik ədəbə riayət etməlidir. Hökumətdən Türkiyə konsulunu ölkədən çıxarmasını istəyirik”.

Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq baş naziri ilə danışmaq istəmədiyini və onu öz səviyyəsində görmədiyini bildirib.

Son günlər İraqla Türkiyə arasında münasibətlər gərginləşib. Türkiyənin İraqın Başika şəhərində əsgər yerləşdirməsi və Mosul əməliyyatına qoşulmaq istəməsi Bağdadı narahat edib. Rəsmi Bağdad türk ordusunun ölkədən çıxmasını tələb edib.

İnterpress.az