İnterpress.az “Gazetevatan”-a istinadən xəbər verir ki, Adanada 42 yaşlı Handan Yüksel öz evində intihar edib. 7 il əvvəl Handanın böyük qardaşı Murat Yüksel ailəyə məxsus malların bölüşdürülməsi zamanı əsəb gərginliyindən ana-atasının da daxil olduğu ailəsindən 8 nəfəri qətlə yetirib. Murat Yükselin yaşayan yeganə yaxını Handan Yüksel qətliamın baş verdiyi evdə yaşamağa başlayıb.
Psixoloji müalicə alan Handan Yüksel dünən yerli saatla 12:30-da balkona çıxaraq, özünü boşluğu atıb. Qadın hadisə yerindəcə keçinib.
İnterpress.az