İllərdir cərimə meydançalarında qalan maşınlarbackend

İllərdir cərimə meydançalarında qalan maşınlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, avtomobil sahiblərinə, dünyasını dəyişmiş şəxslərin ailə üzvlərinə dəfələrlə məlumat verilsə də, gəlib maşınlara yiyə çıxan tapılmır.

Burada hər cür maşın var. Xarici ölkələrin dövlət qeydiyyat nişanları ilə, əzilmiş və ya salamat hətta motosikllərə qədər. Duracaqda dayanmaq ödənişli olduğundan onların illərdiR buna da borcları yığılıb. Hərçənd ki, bu borc da onlardan tələb olunmur, amma yenə də sahibləri yiyə çıxmaq istəmir.

Vaxtilə qayda pozuntusuna görə cərimə olunub müvəqqəti qorunan duracağa gətirilən, amma indiyə kimi burdAn çıxarılmayan maşınlar bölgələrdə çoxluq təşkil edir. Məsələn bu görüntülər Bərdədəndir.

Sahibləri gəlib razılıq vermədiyindən bu maşınları nə çıxdaş etmək, nə də yararlı hissələrini satışa çıxarmaq mümkün deyil.

Sahibləri isə görünür gəlmək niyyətində deyil. Dövlət Yol Polisi bu səbəbdən belə avtomobillərin sahiblərinə bird aha müraciət edərək bildirir ki, cərimə meydançalarını zəbt edən maşınların çıxdaş edilməsi üçün öz dilləri ilə müraciət etsinlər.

İnterpress.az