88 yaşlı kişi intihar etdi – YENİLƏNİBbackend

88 yaşlı kişi intihar etdi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda 88 yaşlı Eyvaz Cəbiyevin intiharının bəzi təfərrüatları məlum olub.

Bərdə rayon Şirvanlı kənd bələdiyyəsinin sədri İldırım Quliyev AzNews.az-a açıqlamasında bildirib ki, E.Cəbiyev kənd qəbiristanlığından qayıdandan sonra özünü öldürüb: “Ağsaqqal, xeyrə-şərə gedən adam idi. İki il idi ki, həyat yoldaşını itirmişdi. Ondan sonra da cavan qızını itirdi. Bu itkilərə isə dözə bimirdi. Oktyabrın 12-də ölən qızının ad günü olub. Səhər tezdən durub qızının ziyarətinə yollanıb. Qəbiristanlıqdan qayıdandan sonra isə özünü öldürüb”.

Qeyd edək ki, Bərdə rayonu Şirvanlı kənd sakini Eyvaz Cəbiyev özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

***

Bu barədə Bərdə rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə oktyabrın 12-də saat 13 radələrində rayonun Şirvanlı kəndində baş verib. Kənd sakini, 1928-ci il təvəllüdlü Eyvaz Cəbiyev özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır. ( trend.az )

İnterpress.az