Saakaşvili fövqəladə vəziyyət elan etdibackend

Saakaşvili fövqəladə vəziyyət elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə M.Saakaşvili özünün \”Feysbuk\” səhifəsində yazıb. \”Mənim qərarımla Odessa vilayətində təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edilib. Güclü külək 3 nəfərin, o cümlədən 11 yaşlı uşağın ölümünə səbəb olub. Hazırda 100-dən çox yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib\”, M.Saakaşvili yazıb.

O qeyd edib ki, vilayət administrasiyasında fövqəladə vəziyyətlə əlaqədar operativ qərargah işə başlayıb: \”Təbii fəlakətlə əlaqədar məktəblərdə dərsləri ləğv etməyi, fövqəladə vəziyyət üzrə xidmətlər istisna olmaqla, dövlət müəssisələrində işlərin məhdudlaşdırılmasını tövsiyə edirik. Külək zəifləməyənədək sakinləri evdən çıxmamağa çağırırıq\”.

İnterpress.az