Homoseksualizm haqqında ənənəvi xristian münasibətilə “Bu cür hadisələr təbiətə qarşı yönəldilmiş günahdır” deyə bilərik. Avestada deyilir ki, “Kim ki, homoseksualizmlə məşğul olur, o, iblisdir, iblisin pərəstişkarıdır və iblisin qabına su tökür”.
İslam isə öz növbəsində kişilər arasında seksual münasibətləri haram hesab edir. Son zamanlar gündəmdə olan homoseksualizm haqqında həkim – psixoterapevt Zarina Əliyeva İnterpress.az saytına danışdı.
Həkim – psixoterapevt Zarina Əliyeva
Əslində homoseksuallıq həmişə olub . Bütün dövrlərdə kişilərin 3 %-ində belə meyllilik olub. Sadəcə əvvəllər belə təbliğ olunmayıb və bu qədər kütləvi informasiya vasitələri olmayıb. Homoseksuallıq iki cür olur. Anadangəlmə olursa bu xəstəlik kimi qəbul olunur. Bir də situativ homoseksuallıq var. Hansı ki, həbsxanada , hərbi qulluqda və ümumiyyətlə əks cinsin olmadığı mühitlərdə üzə çıxır. Situativ homoseksuallıq həm də öz çəkiciliyindən istifadə edib, karyerada irəli getmek istəyənlərdə olur.
Hər bir oğlan uşağının müəyyən bir dövrü olur ki, homoseksuallığa meylli olur . Yəni əks cinsə hissləri olmayan dövrdə. Bu dövrü tədricən keçirirlər .
Bu hisslərə müqavimət göstərə bilməyəndə isə onlarda şüuraltı elə düşüncə yaranır ki , onlar homoseksualdır . Keçid dövründə yeniyetmə öz mənini axtaranda bu suallarla qarşılaşır. Mən kiməm?
Ata və ana ilə münasibətlər, onlar arasındakı bağın möhkəmliyi, ata ilə ünsiyyət, ananın ailədəki rolu uşağın psixoloji inkişafında çox böyük rol oynayır. Belə problemlər adətən konfliktli ailələrdə, ana-atanı uşağın yanında pisləyəndə, uşaqda ataya, ümumiyyətlə öz həmcinslərinə qarşı nifrət, neqativ hisslər yarananda, güvənsizlik olanda yaranır. Sanki oğlan öz məninin yerinə anasının \”mən\” ini qoyur. Bir də son vaxtlar dəb kimi bu mövzulara TV-lərdə çox yer verilir, filmlərdə öz əksini tapır. Sanki homoseksuallıq tebliğ olunur. İnkişafda olan uşaq beyni isə bunu normal qebul edir . Uşaqları belə məlumatlardan mümkün qədər uzaq tutmaq, ailədə isə hüzurlu ortam yaratmaq lazımdır.
Səidə Mustafayeva
İnterpress.az