Toksikoloji zəhərlənmələrdən ölüm halı  azalıb – Şöbə müdiribackend

Toksikoloji zəhərlənmələrdən ölüm halı azalıb – Şöbə müdiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az– ın xəbərinə görə, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, avqust-sentyabr aylarında zəhərli göbələklərdən zəhərlənmə ilə bağlı 5 nəfər mərkəzə müraciət edib.

A. Maqsudov qeyd edib ki, bu ilin 9 ayı ərzində ümumilikdə 1730 nəfər müxtəlif zəhərlənmələrlə toksikologiya şöbəsinə müraciət edib və onlardan 1605 nəfər qəbul olunub. Zəhərlənənlərdən 244-ü dəm qazından, 74-ü spirtli içkidən, 823 nəfər isə dərmandan zəhərlənib.

Şöbə müdirinin sözlərinə görə, toksikoloji zəhərlənmələrdən ölüm halı ötən illə müqayisədə bu il azalıb. Belə ki, ötən ilin 9 ayı ərzində 46 ölüm halı qeydə alınmışdısa, bu il ölüm göstəricisi 39 olub.

İnterpress.az