İranlı qadın bu gün edam olunurbackend

İranlı qadın bu gün edam olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşında Sekavandın cəzasının edamı, hamilə olduğu üçün təxirə salınmışdı. Zeyneb Sekaanvand, ərini öldürməkdə günahkar bilinəndə hələ 17 yaşında idi. Yoldaşının ölümünün ardından həbs olunan Sekaanvand, həbsxanada evlənib hamilə qalmışdı. Ancaq Sekaanvand keçən ay, doğuma iki gün qalmış körpəsini itirdi. Həkimlər, Sekaanvandın cəza evində birlikdə qaldığı yoldaşının edam edilməsiylə yaşadığı sarsıntıdan körpənin həyatını itirdiyini açıqladı.
Qeyd olunur ki, Zeyneb yoxsul İranlı Kürd ailəsində dünyaya gəlib və 15 yaşında ilk həyat yoldaşı ilə tanış olaraq evdən qaçıb. Zeyneb kasıbçılıqdan can qurtarmaq gözəl bir ailəyə sahib olmaq üçün evdən qaçmağa qərar verir. Lakin onun ailə mövzüsunda xəyalları puç olur. Əri hər gün onu döyür, işkəncələr verirdi. Gənc qadın polisə müraciət etsə də şikayəti qəbul olunmamışdır. Boşanma tələbini irəli sürdükdə isə əri əri ərizənicırmışdı. Ən kədərli hal isə onun evdən qaçdığına görə ailəsi qəbul etmirdi.
Məhkəmə zamanı Zeynəb iddialı şəkildə ərini öldürmədiyi söyləyib. “Ərimi məni dəfələrlə təcavüz edən dostu öldürüb” – deyə Zeynəb bildirib.

İnterpress.az