Bunu \”Azərbaycan Dəmir Yolları\” QSC-nin sədri Cavid Qurbanov dəmir yolu işçilərinin peşə bayramına həsr edilmiş tədbirdə deyib.
C.Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib ki, daxili bazarda istehsal olunan bəzi hissələr bir çox hallarda keyfiyyətsiz və baha olur:
\”Biz hər bir şeyi xaricdən alırıq, istehsal edəcək bir şeyimiz yoxdur. Gələcəkdə hansısa yerli fabrik və ya zavodlarda hissələrimiz istehsal oluna bilər. Biz bu imkanları nəzərdən keçirməliyik. Bu mənada istehsalçılar da aktiv olmalıdır. Hazırda bizim istifadə etdiyimiz hissələrin əksəriyyəti Rusiya istehsalıdır. Lakin o hissələri Azərbaycanda da istehsal etmək olar. Təəssüflər olsun ki, bu barədə heç kim düşünməyib\”.
İnterpress.az