İnterpress.az “Hürriyet”ə istinadən xəbər verir ki, təqaüddə olan 58 yaşlı Çetin. B. gəlini Meryem tərəfindən 11 bıçaq zərbəsi alaraq dünyasını dəyişib. Cəsəd qonşuları tərəfindən aşkar edilib polisə təhvil verilib. 2 aylıq ailə həyatı quran 24 yaşlı gənc qadın həbs edilib.
Ona ömürlük həbs qəti-imkan tədbiri hökm oxunub. Meryemin məhkəmədə ifadəsinə görə, qadın dəfələrlə qayınatasının təcavüzünə məruz qalıb: “Həmin gecə həyat yoldaşım nöbvədə idi. Mən hamama girdim. Birdən işıqlar keçdi, paltarımı geyinib otağa daxil oldum. Qəfil qayınatam arxadan saçlarımdan tutub məni mətbəxə çəkdi. Mən müqavimət göstərməyə çalışdım. Qışqırdım, lakin səsimi heç kim eşitmədi. Qayınatam məni yerə yıxdı və dayanmadan məni vurdu. Şoka girdim və özümdə güc toplayaraq əlimə keçən bıçaqla qayınatama zərbələr endirdim.”
İstintaq davam edir. Qadının ifadəsi yoxlanılır.
İnterpress.az