İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Obama Şimali Karolina universitetlərinin birində təşkil olunan tədbirə qatılaraq, gələcək planlarını açıqlayıb. Obama prezidentlik vəzifəsinin sona çatmasından sonra iki həftə yatacağını deyib.
Növbəti plan kimi isə Obama bütün səmimiyyətilə ifadə edib: “İki həftəlik yuxudan sonra Mişellə yaxşı bir tətil edəcəyik”. Xatırladaq ki, ABŞ prezidentinin səlahiyyət müddətinin bitməsinə cəmi 100 gün qalır.
İnterpress.az