ABŞ Yəmən savaşında aktivləşibbackend

ABŞ Yəmən savaşında aktivləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Milliyet\”-ə istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibi Peter Cook, hücumların ABŞ prezidenti Obamanın təsdiqi ilə təşkil edildiyini və müdafiə xarakteri daşıdığını bildirib. Mətbuat katibi, həmçinin gəminin ciddi zərər görmədiyini də diqqətə çatdırıb.

Beləliklə, ABŞ 2015-ci il mart ayında başlayan Yəməndəki vətəndaş müharibəsinə ilk dəfə müdaxilə edərək, Husilərə hücum təşkil edib.

Qeyd edək ki,İranın dəstəklədiyi Husilər ilə Səudiyyə Ərəbistanın liderliyindəki koalisiyanın dəstəklədiyi hökümət arasındakı savaş 17 aydır davam edir.
Yəməndəki daxili müharibədə 2015-ci il mart ayından bu tərəfə 4 min 125 mülki vətəndaş həyatını itirib, 7 min 207 nəfər isə yaralanıb.

İnterpress.az