FETÖ-nu terror təşkilatı adlandırıblarbackend

FETÖ-nu terror təşkilatı adlandırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Haberturk”-ə əsasən xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurası FETÖ-nu terror təşkilatı kimi xarakterizə edərək, Türkiyənin təşkilata qarşı mübarizəsini təqdirə layiq hesab edib.

Riyadda təşkil olunan nazirlər konfransından sonra yayımlanan ortaq açıqlamada, Türkiyənin səyləri ilə gündəmə gələn FETÖ kimi təşkilatların terrorist fəaliyyəti pislənilib, Türkiyənin FETÖ ilə mübarizədə qazandığı uğurlar diqqətə çatdırılıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın liderliyi ilə Türkiyənin milli təhlükəsizliyinin müdafiəsinə dəstək olacaqlarını vurğulayan Körfəz Əməkdaşlıq Şurası, türk xalqının rifahı üçün bu mübarizənin davamlılığının vacib olmasını vurğulayıb.

Konfransda həmçinin nazirlər, regional təhlükəsizlik və sabitliyin qorunub saxlanılması üçün əməkdaşlığın gücləndirilməsi yollarını da müzakirə ediblər.

İnterpress.az