Parlamentdə körpəyə süd verilibbackend

Parlamentdə körpəyə süd verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Sabah”-a istinadən xəbər verir ki, İsland millət vəkili çıxış etmək üçün kürsüyə körpəsi ilə birgə çıxıb. İslandiya rəsmi telekanallarının canlı yayım etdiyi parlament iclasında Unnur Bra körpəsinə süd verib.

Hadisədən sonra millət vəkili, bunun təbi hall olduğunu bildirib. Həmçinin o əlavə edib: “Övladım doğulduğu gündən etibarən mənimlə parlamentə gəlir. Əslində kürsüyə çıxmağı düşünmürdüm. Lakin hazırlanan qanun layihəsində mənim də birbaşa rolum olduğuna görə verilən suala cavab verməli idim. Həmin vaxt körpəm ac idi, mən də belə bir həll yolu tapdım”.

Qadın millət vəkili bir ananın öz uşağını doyuzdurmasından təbii heç nə olmadığını və buna təəccüblənənləri anlamadığını söyləyib.

Interpress.az