Şəhid ailələrinin üzvləri kolleclərdə və AMEA-nın magistraturasında pulsuz oxuyacaqlarbackend

Şəhid ailələrinin üzvləri kolleclərdə və AMEA-nın magistraturasında pulsuz oxuyacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksinin tapıb.

Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Layihəyə əsasən dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri təhsil haqqını ödəməkdən azad olunurlar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

İnterpress.az