Şəhid ailələrinin sığortapulu 10 dəfə artırılsın – Parlamentdə məsələ qaldırıldıbackend

Şəhid ailələrinin sığortapulu 10 dəfə artırılsın – Parlamentdə məsələ qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əflatun Amaşov bu barədə parlamentin bugünkü iclasında məsələ qaldırıb.

“Azərbaycanda elə şirkət var ki, bir işçisinin həyat sığortasına görə 100 min manat vəsait ödəyir. Bizim torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan şəxslərin ailələrinə isə cəmi 10 min manat sığortapulu ödənilir. Bu məbləğin artırılması şəhid ailələri üçün müsbət hal olardı”.

Deputat Aydın Mirzəzadə də həmkarının fikirlərini dəstəkləyib.

O qeyd edib ki, büdcəmizdə bunun üçün kifayət qədər vəsait var: “Ona görə də şəhid ailələrinə ayrılan vəsaiti 10 dəfə artırıb, 100 min manata çatdırmaq lazımdır”.

Deputat Tahir Kərimli şəhid ailələrinə status verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

“Mən də şəhid dayısıyam, bir bacım oğlu şəhid olub, digər bacım oğlu da müharibə əlilidir. Elə şəhid ailələri var ki, 18 ildir mənzil növbəsində dayanıb. Bu insanların mənzillə təmin olunması üçün 272 milyon 550 min manat vəsait lazımdır. Ancaq indiyədək cəmi 40 milyon manat ayrılıb. Bu iş də 2018-ci ildə başa çatmalıdır. Prezidentin sərəncamı yerinə yetirilməyəcək hala düşüb. Demirəm ki, kimlərsə bilə-bilə prezidentin sərəncamını pozur, ola bilsin ki, yaddan çıxıb”.(modern)

İnterpress.az