“Xocalıya soyqırımına məruz qalmış şəhər statusu verilməlidirbackend

“Xocalıya soyqırımına məruz qalmış şəhər statusu verilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytının xəbərinə görə, bu sözləri Milli Məclisin iclasında parlamentin İdman və gənclər komitəsinin sədri Fuad Muradov deyib. Deputat bildirib ki, bu gün Heydər Əliyev Fondu Xocalılara xüsusi diqqət göstərir:

“Xocalıdan olan, ata və anasını itirmiş 26 gəncə və digər şəhid ailələrinə göstərilən xüsusi qayğı, diqqət və köməyə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkür düşür. Xocalı haqqında son zamanlar görülən işlər böyük siyasi əhəmiyyət daşıyır. Dünyanın bir çox ölkələrində soyqırımı törədilmiş şəhərlər var. Biz də Xocalı şəhərinin statusu ilə bağlı ayrıca mexanizm düşünüb hazırlamalıyıq. Yəni Xocalıya soyqırımına məruz qalmış şəhər statusunun verilməsi də müsbət addım olar”.

Fuad Muradov deyib ki, bu illər ərzində dünya parlamentlərində Xocalını tanıtmaq üçün xeyli işlər görülüb: “Dünyada soyqırımları ilə bağlı xüsusi bir yanaşma var. Bizdə də bununla bağlı işlər getməkdədir. 25 il ərzində Xocalını dünyanın müxtəlif parlamentlərində tanıda bilmişik. Xahiş edirəm ki, Xocalı il bağlı görülən işlərin müsbət tərəflərini də deyək. Bəzən sarı mətbuat yazır ki, dövlət filan şəhid ailəsinə kömək etmədi.

Amma belə deyil. Biz həyata keçirilən işləri də deməliyik. Bu işdə son zamanlar QHT-lər də çox aktivdirlər. QHT-lər də şəhidlərlə bağlı məsələlərdə xüsusi işlər görürlər. Deputat həmkarlarımla da razıyam ki, Xocalı şəhəri və oradan olan insanlarla bağlı hər zaman xüsusi yanaşma olmaldır”.

İnterpress.az