“Döyüş bölgəsini tanımayanlar cibində veteran vəsiqəsi gəzdirir”backend

“Döyüş bölgəsini tanımayanlar cibində veteran vəsiqəsi gəzdirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytının xəbərinə görə, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında bildirib.

Onun sözlərinə görə, bir sıra ictimai birliklər tərəfindən müraciətlər var:
“Həmin müraciətlər Əfqanıstan, Qarabağ döyüşlərində iştirak etmiş şəxslərlə bağlıdır.
Azərbaycanda hərc-mərclik dövründə Azərbaycanın bütövlüyü uğrunda döyüşən şəxs döyüşlərdə iştirakı ilə bağlı veteran vəsiqəsini ala bilməyib. Ancaq döyüş bölgəsini tanımayan şəxs cibində veteran vəsiqəsi gəzdirir. Bu şəxslər də hara da gəldi veteran vəsiqəsindən isitfadə edirlər. Odur ki, çalışmalıyıq ki, haqqı olanlar haqqını alsınlar”.

Deputat əlavə edib ki, vetrenalara verilən 50 manatlıq müavinətin pensiyaya çıxan zaman kəsilməsi ciddi naratalıq doğurur.

“Qanuna görə, vetreanlar pensiyaya və ya təqaüdə çıxdıqda həmin 50 manat müavinət kəsilir. Təklif edirəm ki, bu 50 manat müavinət veteranlara təqaüdə çıxan zaman da verilməlidir. Bu məsələlər əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla müzakirə etmişik. Müzakirə zamanı nazir veteran və pensiyaya çıxanlar haqqında elə bir rəqəm səsləndirdi ki, onu dilə gətirmək mümkün deyil. Odur ki, elə etməliyik ki, haqqı olan haqqını almalıdır. O baxımdan bu məsələnin həlli üçün ciddi müzakirələrə ehtiyac var”.

İnterpress.az