Rayon mərkəzindən kənarda olan kənd yerlərindəki 50 şəhid məzarı baxımsız vəziyyətdədir. Bir rayon rəhbərliyi tərəfindən məzarlara baxan yoxdur. İnterpress.az-in xəbərinə görə, bu problemlə millət vəkili Elman Məmmədov parlamentin bugünkü iclasında gündəmə gətirib. O qeyd edib ki, 1992-93-cü illərdə məzarların üstü o vaxtın şərtlərinə uyğun götürülüb: “Cəmi 50 şəhid məzarıdır. Dəfələrlə o rayonların rəhbərlərinə məzarların düzəldilməsi üçün müraciət olunub. Amma əməl edən yoxdur. Prezident şəhid ailələrinə diqqət ayırır. Ama yerlərdə onlara diqqət göstərilmir”. O eyni zamanda Xocalıya işğal olunmuş şəhər, xocalılara isə işğala məruz qalmış şəxs statusu verilməsini təklif edib.
Gülşanə Mustafayeva
İnterpress.az