Dövlət işçiləri bir il ərzində yalnız qara paltar geyinəcək. Həmçinin oktyabrın 14-ü ölkədə qeyri-iş günü elan edilib. Matəm əlaməti olaraq, televiziyalar proqramları ağ-qara təsvirlə yayımlayır, qəzetlər isə rəngli səhifələr çap etmir.
Buddist ənənəsinə görə kralın dəfn mərasimi il ərzində keçirilə bilər.
Adulyadejin hakimiyyəti dövründə Tailandda 20-dən çox Baş nazir dəyişib və elə bir o qədər də dövlət çevrilişi baş verib.
Kralın ölümündən sonra taxta onun oğlu çıxıb. (xezərxeber)
İnterpress.az