Yol hərəkəti qaydalarında DƏYİŞİKLİKbackend

Yol hərəkəti qaydalarında DƏYİŞİKLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, parlamentin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsini sədri Ziyad Səmədzadə bildirib ki, Milli Məclis\”Büdcə sistemi haqqında\” qanun qəbul edib:

“Bu qanunun icrası nəticəsində ölkənin maliyyə sistemi təkmilləşdirilib. Qanuna təklif olunan dəyişikliklər daha çox məsuliyyətlə bağlıdır. Burada eyni zamanda texniki dəyişiklik də var. Belə ki, “çatdırılmasına görə” ifadəsi \”çatdırılmamasına görə\” ifadəsi ilə əvəzlənir. Eyni zamanda qanunun 20-ci maddəsinə “qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır” ifadəsi əlavə edilir.

***

Azərbaycanda nəqliyyat vasitəsinin yol hərəkətindən kənarlaşdırılması hallarının sayı artır.

Məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan \”Yol hərəkəti haqqında\” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.

Təklif edilən dəyişiklik icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla, yüklənən iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə, Dövlət Yol Polisi (DYP) əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin yol hərəkətində iştirakdan kənarlaşdırılmasını və göstərilən səbəblər aradan götürülənədək müvəqqəti olaraq DYP-nin mühafizə olunan duracaqlarında saxlanılması üçün nəqliyyat vasitələrini müəyyən edilmiş qaydada oraya göndərilməsini nəzərdə tutur.

Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati protokola əlavə edilməli, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilməlidir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Gülşanə Mustafayeva
İnterpress.az