Putin Ermənistanda səfərdədir – VİDEObackend

Putin Ermənistanda səfərdədir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq.

Rusiya dövlət başçısı bir neçə dəqiqə əvvəl Zvartnots hava limanına enib. Vladimir Putin hava limanında Serj Sarkisyan tərəfindən qarşılanıb.
Görüşün proqramında 20-yə qədər məslənin müzakirəsi var. 2025-ci ilə qədər olan müddət ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı “KTMT kollektiv təhlükəsizlik strategiyası” və “KTMT krizis idarəetmə mərkəzi” barədə layihələrinin icrası məsələlərinə baxılacaq.

İclasda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, KTMT-nin cavabdeh olduğu ərazilərdəki vəziyyət, təşkilatın kollektiv təhlükəsizlik sisteminin perspektivləri müzakirə olunacaq.

Şuranın iclasında təşkilata sədrlik Ermənistandan Belarusa keçəcək.

Putin Ermənistanda səfərdədir - VİDEO

İnterpress.az