“Fəthullah Gülənsiz Vaşinqtonla münasibətlər eyni olmayacaq”backend

“Fəthullah Gülənsiz Vaşinqtonla münasibətlər eyni olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Ədliyyə Naziri Bekir Bozdağ çıxışında bildirib.
Nazirin sözlərinə görə, Türkiyə hakimiyyətinin sübutları var ki, çevriliş haqqında əmri məhz Gülən verib və bu sübutlarla onlar ABŞ-ı tanış edəcəklər. Sentyabr 10 –da Türkiyə rəsmi olaraq, Amerika Birləşmiş Ştatlarından Gülənin həbsini tələb edib, ABŞ isə sübütların yetərincə olmadığı bildirib.
“Əgər ABŞ güzəştə getməsə yeni mübahisələr və debatlar başlayacaq. Bundan əlavə belə bir fikir yaranacaq ki, ABŞ terror təşkilatının rəhbəri ilə əməkdaşlıq edib və Gülən onlara Türkiyə münasibətlərindən daha vacibdir\”-deyə Bozdağ bildirib.
Xatırladaq ki, Fəthullah Gülən 1999-cu ildən ABŞ-da yaşayır. Türkiyədə iyulun 15-də baş vermiş çevriliş cəhdinin səbəbkarı kimi günahlandırır.

İnterpress.az