Binali Yıldırım: “FETÖ hiyləgərcəsinə təcrübə qazandı”backend

Binali Yıldırım: “FETÖ hiyləgərcəsinə təcrübə qazandı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Sabah”-a istinadən xəbər verir ki, Binali Yıldırım açılış tədbirində çıxış edərək 15 iyul çevriliş cəhdi ilə bağlı fikirlərini ifadə edib:
“FETÖ terror təşkilatı hiyləgərcəsinə, özünü gizlədərək təcrübə qazandı, 40 il gözlədi. Bu təşkilat qapalı və əlaqələri bəlli olmayan bir təşkilatdır”.

Daha sonra baş nazir əlavə edib: “Millətin silahı ilə millətin övladlarının üzərinə güllə yağdıraraq, dövləti ələ keçirməyə çalışdılar. Bu böyük millət nə qədər güclü olduğunu, nə qədər azadlığa bağlı olduğunu sübut etdi. Böyük Atatürkün “Müstəqillik mənim xarakterimdir” sözünü bir daha təsdiqlədi”.

Sonda isə Binali Yıldırım vurğulayıb: “Mövcud olduğumuz coğrafiya zaman-zaman əməkdaşlığın, bir çox hallarda isə münaqişələrin təsiri altında olub. Bu coğrafiyada yalnız birlik olsaq, mövcudluğumuzu davam etdirə bilərik”.

İnterpress.az