Bu şəxsləri 5 il qədər həbs gözləyirbackend

Bu şəxsləri 5 il qədər həbs gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın məlumatına görə, Cinayət Məcəlləsinə 167-1.4 maddəsinin əlavə edilməsi təklifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb. Yeni maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə , dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Gülşanə Mustafayeva
Interpress.az