Niderland mediası Azərbaycandan yazdıbackend

Niderland mediası Azərbaycandan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatı noyabr ayında Azərbaycanla bağlı tədbir keçirtməyi düşünür. Tədbir Niderlandın Zeyland (Zeeland) bölgəsində, Zirikze (Zierikzee) şəhərində keçriləcək. Tədbirə yerli bələciyyə başçısı, iş adamları, yerli əhali və mətbuat nümayəndələri dəvətlidirlər. Artıq tədbirin keçrilməsi ilə bağlı regiondakı iş adamları, sakinlər məlumatlandırılıblar və bu iş davam etməkdədir. Beləki regionun bir çox yerlərində tədbirin afişaları asılıb, bukletlər paylanıb. Eyni zamanda yerli qəzetlərdə də bu barədə yazılar çap olunmaqdadır. Belə yazılardan biri də oktyabr ayının 14 – də “Wereld Regio” qəzetində çap olunub. ““Avrovizion” müsiqi müsabiqəsinin, Birinci yay idman oyunlarının, Formula 1 yarışmasının Azərbaycanda keçrilməsindən sonra bu ölkə daha çox tanınmağa başlayıb” – yazı bu cümlə ilə başlayır” – deyə “Connect” təşkilatının sədri Vüqar Abbasov qeyd edib. “Daha sonra yazıda Azərbaycanın turistlər üçün olduqca cəlb edici ölkə olduğuna diqqət çəkilib. İş adamları üçün də Azərbaycanda münbit şərait olduğu da yazıda öz əksini tapb. Daha sonra yazıda oxucular tədbirdə aktiv iştirak etməyə çağrılıb. Xüsusən iş adamlarına müraciət edilərək Azərbaycanda bir çox Niderland şirkətlərinin rahatlıqla fəaliyyət göstərdiyi vurğulanıb. Yazıya “Connect” təşkilatının idarə heyətinin üzvü Vim van Embdenin (Wim van Embden) Bakıda, Niderland şirkətinin önündə çəkilmiş şəkilinə də əlavə edilib ki, bununla da Niderland şirkətlərinin ölkəmizdə fəaliyyətinə bir daha diqqət çəkilib” – deyə Vüqar Abbasov əlavə edib. Qeyd edək ki, tədbir Zirikze şəhərindəki kinotetrda keçriləcək.

İnterpress.az[b][/b]