İnterpress.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov \”Azərbaycanda dövlət-din münasibətləri – 25 il\” mövzusundakı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2166 məscidin 1500-ü gündəlik fəaliyyət göstərir: \”Bu məscidlərdən 692-si dövlət qeydiyyatına alınıb. Azərbaycan məscidlərinin tutumu yarım milyon insanın ibadət etməsinə imkan verir\”.
G. İsmayılov sovet vaxtı Azərbaycanda 17 məscid fəaliyyət göstərdiyini bildirib.
İnterpress.az