Birinci ledi ərini HƏDƏLƏDİbackend

Birinci ledi ərini HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Modern.azistinadən xəbər verir ki, birinci ledinin fikrincə, prezident, məsələn, özü təyin etdiyi 50 nəfərdən 45-ni tanımır.

“Mən də onları tanımıram, buna baxmayaraq, mən artıq 27 ildir onun arvadıyam”, – o, bəyan edib.
Birinci ledinin sözlərinə görə, bu adamlar ərinin və onun rəhbərlik “Proqressiv dəyişiklik uğrunda konqres” partiyasının fikirlərini bölüşmürlər. Bundan əlavə, onun fikrincə, onların təyin olunmasının arxasında bir neçə nəfər dayanıb.
Buxari əmindir ki, bu vəzifələri alan adamlar sadəcə olaraq “hakimiyyəti oğurlayıblar”.
Ancaq o, istefaya göndərilməli məmurların adlarını çəkməyib. Onun sözlərinə görə, kimlərdən söhbət getdiyini başa düşmək üçün televizora baxmaq kifayətdir.
Birinci ledi əmindir ki, prezident onu seçkilər zamanı dəstəkləyən adamların rəyinə qulaq asacaq.
Aişa Buxari hədə-qorxu gələrək deyib ki, əgər əri hökumətin tərkibini dəyişdirməsə, o, seçki kampaniyasında iştirak etməyəcək və qadınları da ona səs verməyə çağırmayacaq.

İnterpress.az