\”Report\” TASS-a istinadən xəbər verir ki, növbəti beş il ərzində kral Kelantan ştatının sultanı V Məhəmməd olacaq.
Bu barədə məlumat Hökmdarlar Şurasının 9 üzvü (irsi sultanlar) arasında kral rəsmi iqamətgahı olan İstana Neqara sarayında keçirilən gizli səsvermənin yekununda elan edilib.
Ənənəyə görə, monarx taxt-taca bu il dekabrın 13-də sahib olacaq.
Qeyd edək ki, buna qədər Əbdül Halim Muadzam Şah müasir Malayziya tarixində ilk dəfə iki beş illik müddətə hökmdar olub.
İnterpress.az