“Türkmənistan xronikaları” xəbər verir ki, buna səbəb kimi dolların bahalaşması ilə məhsulların qiymətinin kəskin artması göstərilir. Türkmənistanda dolların rəsmi məzənnəsi 3,5 manat təşkil etdiyi halda, qara bazarda 1 dolları 7 manata alıb, 7,20 manata satırlar.
Qeyd olunur ki, son bir neçə gün ərzində günəbaxan yağının qiyməti 30 manatdan 36 manata, plastik qablardakı sular (1 litr) 2 manatdan 7 manata qalxıb.
Ticarətlə məşğul olan şəxslərin sözlərinə görə, onlar daha öncədən tanışlarına, eləcə də hüquq-mühafizə orqanlarına xəbərdarlıq edərək bildiriblər ki, xarici valyutanın bahalaşması ölkədə məhsul satışında ciddi problemlərə gətirib çıxaracaq. (qafqazinfo)
İnterpress.az