Bakıda qanlı hadisəbackend

Bakıda qanlı hadisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 1992-ci il təvəllüdlü Ələsgərov Qəzənfər Elxan oğlu tanışı ilə birlikdə kafedə yeyib-içdikdən sonra mübahisə edib. Mübahisə davaya çevrilib və Qəzənfər döş qəfəsindən bıçaq zərbəsi alıb.

Yaralı dərhal təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. O əməliyyat olunub. Q.Ələsgərovun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. ( apa )

İnterpress.az