\”Report\” \”Reuters\”ə istinadən xəbər verir ki, bunu BMT-nin inkişaf proqramının Haitidəki əlaqələndiricisi İvonn Hell bildirib.
\”Bu fəlakətdir. Bu faktiki olaraq, yarım ildən sonra Haitini aclığın gözləyəcəyi deməkdir\”, – deyə o vurğulayıb.
BMT-nin məlumatına görə, qasırğa çəltik, çovdar və paxlalı bitki sahələrini məhv edib.
İnformasiyada bildirilib ki, ölkənin əsas ixrac məhsulları sayılan kakao, qəhvə bitkiləri və meyvə ağaclarına da ziyan dəyib.
BMT-nin hesabatında vurğulanıb ki, məhsul çatışmazlığı yüz mindən çox uşağın ac qalması ilə nəticələnə bilər.
İnterpress.az