İnterpress.az Report-a istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Azad Vaqif oğlu Hüseynov Ağcabədi RMX-nın baş həkimi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Hüseynov bundan əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib.
Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini Novruz Abbasov tutub. O, bir müddət əvvəl işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
İnterpress.az