Donald Tramp bildirir ki, ittihamlar ona qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir.
Yeni ittihamlardan biri 2007-ci ildə gözəllik müsabiqəsinin iştirakçısı tərəfindən irəli sürülüb. Daha bir iddia 1990-cı illərə aiddir.
Şimali Carolina ştatında seçicilərə müraciət edən Donald Tramp deyib ki, ittiham edənlər \”kampaniyanın qarşısını almaq\” məqsədini güdürlər.
Onun sözlərinə görə qarayaxma ilə \”bir ovuc\” adam məşğuldur.
Bu, Donald Trampa qarşı irəli sürülən ilk ittiham deyil. Respublikaçı namizəd 11 il əvvəl çəkilmiş videoçarxda qadınlar barədə təhqiramiz ifadələr işlətdiyi üçün üzrxahlığını bildirib.
Rəy soğularına görə Donald Tramp mühüm ştatlarda malik olduğu mövqeləri itirməkdədir. (bbc)
İnterpress.az