APA-nın “Ouest-France” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 23.30 (Bakı vaxtı ilə saat 01.30) radələrində Anje şəhərinin mərkəzində baş verib.
Binanın dördüncü mərtəbəsindəki eyvan uçub. Həmin vaxt eyvanda 15 tələbə olub. Dördüncü mərtəbənin uçan eyvanı üçüncü və ikinci mərtəbələrin də eyvanlarının uçmasına səbəb olub.
Hüquq-mühafizə orqanları 2000-ci ildə istifadəyə verilən binanın eyvanın uçması ilə bağlı təhqiqata başlayıb.
İnterpress.az