Bu barədə “Report”un Şərqi Avropa bürosuna Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd məlumat verib. O, əlavə edib ki, Türk Birliyi Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq foruma türk dilli ölkələrdən 300-dən çox gənc dəvət olunub. Forumda “Türk Dünyasi Gənclərinin Ortaq Probleməri və Srateji iş Birliyi”, “Gənclərin texnalogiya və akademik sahədə qarşılıqlı çalışması”, “Çağdaş Türk ədəbiyatının öyrənilməsi və yaşadılması” və digər mövzular ətrafında panel iclaslar olacaq, fikir mübadiləsi aparılacaq. Forum çərçivəsində Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü də qeyd ediləcək.
Interpress.az