Yollarda vəziyyət necədir? Vaqif Əsədov danışdıbackend

Yollarda vəziyyət necədir? Vaqif Əsədov danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Interpress.az-ın bu saata kimi nə qədər qəza hadisələri qeydə alınıb? Sualına cavab olaraq Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Yol və metroloji şərait nəzərə alınmadığı üçün 3 maddi zərərlə nəticələnən yol qəzası qeydə alınıb. Avtomobillərin sürüşüərək maneələrə dəyməsi yol qəzalarına səbəb olub.

Bəzi yerlərdə çirkli gölməçələrdə hərəkət edən avtomobil mühərriklərinin sönməsi sıxlığın yaşanmasına səbəb olub. Bu da xüsusilə Biləcəri qəsəbəsi istiqamətində müşahidə edilir. V.Əsədov bildirib ki, hazırda yol polisi əməkdaşları ərazilərə təhkim olunub:

“Paytaxtın enişli-yoxuşlu hissələri, sərt döngələri əməkdaşlarımız tərəfindən nəzarətə götürülüb. Hərəkətin növbəliliyinin təmin edilməsilə bağlı nizamlama işləri davam etdirilir.

Bir daha sürücülərdən xahiş edirik ki, texniki cəhətdən saz avtomobilləri idarə etsinlər. Şüşəsilənlərə diqqət edilsin, şinlər mövsümə uyğun olsun. Sürət həddi minimuma endirilsin, ara məsafəsi artırılsın. Xüssusilə piyadaların üst-başını çirkləndirməmək üçün sürücülər diqqətli olsunlar”.

Gülşanə Mustafayeva
Interpress.az