APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, tərəflər “Normand formatı” çərçivəsində keçirilən məsləhətləşmələrin yekunlarını müzakirə ediblər.
“Söhbət zamanı 4 ölkənin (Ukrayna, Almaniya, Fransa və Rusiya) müşavirlər səviyyəsində keçirdiyi son məsləhətləşmələr müzakirə olunub. Minsk razılaşmalarına dair “yol xəritəsinin” tərtibində Ukrayna-Fransa-Almaniya üçlüyünün qarşılıqlı əlaqələri yüksək qiymətləndirilib. Növbəti telefon danışığının gələn həftə baş tutacağı planlaşdırılır. Söhbət zamanı \”Normand” formatında növbəti sammitin keçirilmə perspektivləri müəyyən ediləcək”, – deyə məlumatda qeyd olunub.
İnterpress.az