Təmiri acı bağırsaq kimi uzanan Binəqədi yolu…backend

Təmiri acı bağırsaq kimi uzanan Binəqədi yolu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləcəri sakinlərinin dözülməz poroblemlərindən biri də Binəqədi yolu deyilən ərazinin asfalt örtüyünün çəkilməsi prosesinin acı bağırsaq kimi uzanmasıdır. Sözü gedən ərazinin yolu uzun illər təmirsiz olub. Daha dəqiq desək, ucqar kənd yolunu xatırladıb. Bir gün adiyyatı qrumların bu ərazidə yaşayan sakinlərə rəhmi gəlib, qəflət yuxusundan oyandılar və nə əcəbsə özlərini işə verdilər…

Və nəhayət yolun təmir olundu. Amma, sən demə sakinlərin görəcəkli günləri bundan sonra başlayacaqmış. Binəqədi yolu sakinlərinin sevincləri elə qursaqlarında qaldı. 2 ildən sonra yolu yenidən sökdülər. Səbəb isə “sadə”dir… ”Cənablar” kanalizasiya sisteminiin çəkməyiblər. İndi yadlarındanmı çıxıb, yoxsa özlərin əziyyətə verməkmi istəməyiblər bunu bilmirik. Məsələnin bilinən tərəfi isə budur ki, yenə sakinlər palçıqlı yoldan istifadə etmək məcburiyyətindədirlər. Əlqərəz, 2014 cü ildən yolu sökdülər ki, həm yeni yol salınacaq, həm də kanalizasiya sistemi quraşdırılacaq.

Təmiri acı bağırsaq kimi uzanan Binəqədi yolu...

Mövzu ilə bağlı İnterpress.az-a şərh edən Azəravtoyol\” Açıq Səhmdar Cəmiyyəti (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Binəqədi rayonu Biləci qəsəbəsinin Binəqdi yolu yaxın zamana yekunlaşması ilə bağlı dəqiq məlumat deyə bilmərik:

Təmiri acı bağırsaq kimi uzanan Binəqədi yolu...

“Yol tikintisi açıq hava altında aparıldığı üçün konkret nəsə demək çətindir. Mən deyəcəm iki aya yağış qar yağacaq işləməyə imkan olmayacaq qalacaq. Ortada isə qurum yalançı olacaq. Bu ilin iyulun 23-də Cənab prezident İlham Əliyev sərəncam verib. Sərəncamdan sonra tikinti işlərinə başlanılıb. Artıq yolun 2 km-də çox hissəsi asfaltlanıb, Binəqədi istiqamətindən işlər davam etdirilir. Çalışılacaq ki, təmir işləri tez bitsin”, – deyə qurum rəsmisi əlavə edib.

Gülşanə Mustafayeva
Interpress.az