Klinton Trampdan öndədirbackend

Klinton Trampdan öndədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, ABŞ-da noyabr ayında keçiriləcək prezidentlik seçkiləri ilə bağlı ümumölkə səviyyəsində sorğu tərtib edilib. Demokrat partiyanın namizədi Hillari Klinton Respublikaçıların namizədi Trampa görə seçilmə ehtimalı daha yüksəkdir.
Ölkənin ən etibarlı informasiya mənbələrindən biri olan Vaşinqton Postun araşdırmasına əsasən də Klinton, Trampdan dörd xal öndədir. Anketə qatılanların yüzdə 47-si Klintonu, yüzdə 43-ü isə Trampı prezident görmək istəyir. Prezidentliyə namizədlərdən Qari Conson səslərin yüzdə beşini, Jill Stein isə ikisini toplaya bilib.
İkinci anketdə isə Hillari Klinton səslərin 48%-ni, Donald Tramp isə 37%-ni toplayıb. Xatıradaq ki, ABŞ-da seçkilər 8 noyabrda keçiriləcək.

İnterpress.az