İntihar edən 84 yaşlı qadın Ramiz Rövşənin qohumudurbackend

İntihar edən 84 yaşlı qadın Ramiz Rövşənin qohumudur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ötən günlərdə baş vermiş bədbəxt hadisə ilə bağlı yeni faktlar əldə edib. Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan Qubadlı köçkünü 84 yaşlı Süsən Ağaqulu qızı Kazımova və onun əri, 85 yaşlı Xasay Bəşir oğlu Kəzımov arasında kiçik mübahisə yaşanıb. Mübahisədən sonra evdən çıxan Xasay Bəşir oğlu Kərimov bir müddət sonra evə qayıdanda aravadını yerə yıxılmış vəziyyətdə halsız görür.

Məlum olur ki, qadın sirkə turşusu içərək intihar edib. Hadisədən sonra Süsən Kazımova dərhal xəstəxanaya yerləşdirilir, lakin həyatını xilas etmək mümkün olmur. Hadisəninin təsirinə düşən Xasay Bəşir oğlu Kazımov da çox sevdiyi xanımından sonra sirkə turşusu içərək intihara cəhd edir. Xosbəxtlikdən Xasay Kazımovu hələlik ölümdən xilas etmək mümkün olur, lakin məlumata görə hazırda xəstəxanada komadadır.

Bu hadisə yenidən qayıtmağımız yeni detallar ortaya çıxması ilə bağlıdır.

İnterpress.az-ın özəl olaraq əldə etdiyi məlumata görə, intihar edən Süsən Kazımova xalq şairi Ramiz Rövşənin qohumudur. 84 yaşlı Süsən Ağaqulu qızı Kazımovanın yas mərasimində iştirak edən qonşular və yaxınlar Ramiz Rövşəni mərasimdə görüblər və maraqlandıqları zaman Süsən Kazımovanın Ramiz Rövşənin xalası qızı olduğu ortaya çıxıb.

Xatırladaq ki, qonşuların verdiyi məlumata görə intihar edən yaşlı cütlüyün böyük sevgisi hamıya məlum imiş və uzun illər hər kəs bu cütlüyün bir-birinə möhkəm sevgi ilə bağlı olmasından danışırdı. Məhz qadının intiharindan sonra kişinin də intihar etməsi böyük sevginin göstəricisi kimi qəbul edilir və hadisə şahidlərinin dediyinə görə Xasay da intihara cəhd edərkən \”mən sənsiz yaşaya bilmərəm\” deyərək sirkə turşusu içib

İnterpress.az