“BakuBus” daha bir yeniliyə imza atdıbackend

“BakuBus” daha bir yeniliyə imza atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərnişinlərin maarifləndirilməsi və sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək məqsədi ilə “BakuBus” avtobuslarının salonunda mütəmadi olaraq sərnişinlər üçün təhlükəsizlik və davranış qaydalarının səsləndirilməsinə başlayıb.

Bu barədə İnterpress.az-a “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.

\”Gün ərzində “BakuBus” avtobuslarında səsləndiriləcək məlumatlarda paytaxt sakinləri və şəhərimizin qonaqları əsasən ictimai nəqliyyatdan təhlükəsiz istifadə qaydalarını dinləyəcəklər. Belə ki, ardıcıl olaraq təhlükəsiz şəkildə sərnişinlərin dayanacağa yaxınlaşması, avtobusa daxil olması, yolboyu avtobusun içərisində digər sərnişin və sürücülərlə münasibəti, avtobusda yolçuluq zamanı texniki təhlükəsizlik və nəzakət qaydaları sərnişinıərin diqqətinə davamlı olaraq çatdırılacaq. Hesab edirəm ki, qanunvericilikdə nəzərdə tutulan müddəalara və beynəlxalq standartlara uyğun olaraq hazırlanmış sərnişinlər üçün təhlükəsizlik və davranış qaydalarını ictimai nəqliyyatdan istifadə edən hər kəsin bilməsi sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün böyük əhəmiyyət daşıyacaq.
Eyni zamanda sərnişinlər mənzil başına çatdıqdan sonra avtobusdan təhlükəsiz enib yolu necə keçmək və digər məlumatlarla tanış olacaqlar. Ümid edirik ki, mütəmadi şəkildə səsləndiriləcək bu qaydalar sərnişin – sürücü və sərnişinlərin bir-biri ilə münasibətlərinə öz müsbət töhfəsini verməklə yanaşı avtobusların salonuna yeni abu-hava gətirəcək və daha sivil mühitin formalaşmasına şərait yaradacaqdır. “BakuBus” sərnişindaşımada ən müasir standartların tətbiqini gələcəkdə də davam etdirəcəkdir\”, -deyə qurum sözçüsü bildirib.

Gülşanə Mustafayeva
İnterpress.az