“Yağış suları ümumiyyətlə təmizlənməyə yönəldilməməlidir”backend

“Yağış suları ümumiyyətlə təmizlənməyə yönəldilməməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu “Azərsu\” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı yağan yağışın paytaxtda yaradtdığı bir sıra problemlərə münasibət bildirərkən bildirib.

Qurum rəsmisi əlavə edib ki, vəziyyətdən çıxışı yolu kimi \”Azərsu\” tərəfindən Master Planı hazırlandığından da danışıb:

\”\”Azərsu\” tərəfindən araşdırma aparılıb və belə bir qənaətə gəlinib ki, yağış suları ümumiyyətlə təmizlənməyə yönəldilməməlidir. Yağış suları birbaşa olaraq Abşeron ərazisindəki göllərə və yaxud Xəzər dənizinə təmizlənmədən ötürülməlidir. Digər fəsad isə odur ki, bu gün \”Azərsu\” yağış sularını Hövsan qəsəbəsində təmizləmək məcburiyyətində qalır. Buna səbəb başqa şəbəkənin olmamasıdır. Çünki Bakının bütün şəbəkəsi kanalizasiyaya birləşib. Bunun üçün də ayrıca yağış xətləri olmalıdır, bu yağış xətləri və kollektorları yağış sularının kənarlaşdırılmasından sonra, nə yağış suları toplanacaq, nə də kanalizasiyada problem yaşanacaq\”.

Gülşanə Mustafayeva
İnterpress.az