Fasilədən sonra keçirilən prosesdə təqsirləndirilən şəxslər A.Hüseynovun iclasda iştirak etməsini tələb ediblər. Hakim A.Hüseynovun məhkəmədə iştirakına icazə verib.
Daha sonra Nardaran hadisələrindən sonra saxlanılan və hazırda həbsdə olan şahid Nadir Qədirov ifadəsində bildirib ki, Nardaran hadisəsi zamanı həmin qəsəbədə olmayıb: \”Məni hadisədən sonra evdən apardılar. Evin hamamından qumbara tapdılar\”.
Digər şahid Əliağa Qasımov isə ifadəsində bildirib ki, onun evindən silah aşkarlanıb.
Prosesdə Nardaran hadisələrindən sonra saxlanılaraq həbs edilən şahidlər – Raci Babyev, Hüseyn Nəbizadə, Hilal Cavadov, Zahid Zəkiyev və Cavanşir Tağıyev dindirilib.
Proses oktyabrın 19-da davam etdiriləcək. ( trend.az )
İnterpress.az